Çin-Belarus münasibətləri tarixi zirvəyə yüksəlib - Si Cinpin

Dünya xəbərləri Materials 29 İyun 2026 09:08 (UTC +04:00)
Çin-Belarus münasibətləri tarixi zirvəyə yüksəlib - Si Cinpin

Bakı. Trend:

Pekin və Minsk arasında münasibətlər tarixi zirvədəyə yüksəlib.

Bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin deyib.

"Hazırda Çin-Belarus münasibətləri tarixi zirvə dövrünü yaşayır", - deyə o bildirib.

Çində işgüzar səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko münasibətlərin belə müsbət qiymətləndirilməsini yüksək dəyərləndirdiyini qeyd edib. "Bu, sizinlə danışdığımız məsələdir. Ola bilsin ki, Belarus ilə Çin Xalq Respublikası arasında bu qlobal əməkdaşlıq ərəfəsində müəyyən mənada bunun arzusunda da olmuşduq", - deyə o, Si Cinpinlə görüşündə bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti