Yaponiya ilk dəfə gəmi əleyhinə raket buraxılış qurğusunu yerləşdirib

Dünya xəbərləri Materials 29 İyun 2026 07:22 (UTC +04:00)
Yaponiya ilk dəfə gəmi əleyhinə raket buraxılış qurğusunu yerləşdirib

Bakı. Trend:

Yaponiyanın Quru Özünümüdafiə Qüvvələri ölkənin ən şərq nöqtəsində yerləşən Minamitorişima adasında ilk dəfə olaraq Type-12 gəmiəleyhinə raket kompleksinin buraxılış qurğusunu yerləşdirib.

Bu barədə "NHK" telekanalı məlumat yayıb.

Məlumata görə, buraxılış qurğusu ilə birlikdə adaya kəşfiyyat məqsədli pilotsuz uçuş aparatları da çatdırılıb.

Type-12 raketlərinin uçuş məsafəsi 100 kilometrdən çox olsa da, raketlərin özü adaya gətirilməyib.

Minamitorişima adası Oqasavara arxipelaqına daxildir və Yaponiyanın əsas adası olan Honsudan təxminən 2 min kilometr cənub-şərqdə yerləşir.

Yaponiyanın Quru Özünümüdafiə Qüvvələri bildiriblər ki, yerləşdirilmiş avadanlıq normal rejimdə fəaliyyət göstərir. Bununla yanaşı, 2027-ci ilin aprelində başlayacaq növbəti maliyyə ilində atəş dəstəyi elementlərinin tətbiqi ilə təlimlərə başlanması planlaşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti