Çinin cənub-qərbində baş verən zəlzələ nəticəsində 13 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 29 İyun 2026 04:28 (UTC +04:00)
Çinin cənub-qərbində baş verən zəlzələ nəticəsində 13 nəfər xəsarət alıb

Bakı. Trend:

Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində baş verən 5,5 bal gücündə zəlzələ nəticəsində azı 13 nəfər xəsarət alıb.

Bu barədə İbin şəhərinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri İbin şəhər dairəsinə daxil olan Gao rayonunun Şahe qəsəbəsi yaxınlığında yerləşib. Zəlzələnin ocağı 6 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələdən sonra şəhərin fövqəladə hallar qərargahı nəticələrin aradan qaldırılması üçün dörd pilləli sistem üzrə üçüncü səviyyəli fövqəladə reaksiya rejimini (birinci səviyyə ən yüksəkdir) aktivləşdirib.

Təxminən 200 nəfər təxliyə olunaraq təhlükəsiz ərazilərə yerləşdirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti