Pakistan Əfqanıstanla sərhəddə 29 yaraqlını məhv edib

Dünya xəbərləri Materials 29 İyun 2026 03:55 (UTC +04:00)

Bakı. Trend:

Pakistan təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəd bölgəsində keçirdiyi əməliyyat nəticəsində 29 yaraqlını məhv edib.

Bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar “X” sosial şəbəkəsində məlumat yayıb.

Nazirin sözlərinə görə, iyunun 28-də ölkənin şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində kəşfiyyata əsaslanan quru əməliyyatı keçirilib, ardınca isə sərhəd bölgəsində yerləşən silahlı qruplaşmaların sığınacaqları və düşərgələrinə dəqiq zərbələr endirilib.

Məlumatda qeyd olunub ki, əməliyyat nəticəsində “Camaat-ül-Əhrar” və “Fitna əl-Xəvaric” qruplaşmalarına məxsus hədəflər məhv edilib.

Nazir bildirib ki, əməliyyat zamanı silah və sursat anbarları da daxil olmaqla üç hədəf qrupuna zərbələr endirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti