Rusiya–Ukrayna danışıqları Minskdə keçirilə bilər - Putin

Dünya xəbərləri Materials 29 İyun 2026 07:52 (UTC +04:00)
Rusiya–Ukrayna danışıqları Minskdə keçirilə bilər - Putin

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Rusiya–Ukrayna danışıqlarının mümkün nəticə verəcəyi halda, Minsk şəhərinin danışıqlar üçün məkan ola biləcəyini bildirib.

Bu barədə Putin “Vesti”nin jurnalisti Pavel Zarubinə müsahibəsində danışıb.

Dövlət başçısı qeyd edib ki, Belarus bu prosesdə vasitəçi və danışıqlar məkanı kimi istifadə oluna bilər.

“Mən əminəm ki, danışıqlar nə vaxtsa nəticə verərsə, Belarusun imkanlarından da istifadə etmək olar”, – deyə Putin bildirib.

O, həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenkonun mübahisəli məsələlərin sülh yolu ilə həllinə yönəlmiş təşəbbüsləri dəstəklədiyini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti