Bakı. Trend:
"Fire League" təşkilatçılığı ilə müxtəlif şirkətlərin
komandalarını bir araya gətirən futbol liqası Yelo Bank
komandasının çempionluğu ilə yekunlaşıb. Ümumilikdə 16 komandanın
iştirak etdiyi turnirdə Yelo Bank təmsilçiləri uğurlu oyun nümayiş
etdirərək turnirin qalibi olublar.
Pley-off mərhələlərində komanda ardıcıl olaraq uğurlu nəticələr
əldə edib. Belə ki, 1/4 final mərhələsində "Bank VTB"-ni 3:1,
yarımfinalda "Bir Ekosistem" komandasını 4:1 hesabı ilə üstələyən
Yelo Bank finala vəsiqə qazanıb. Gərgin mübarizə şəraitində keçən
final qarşılaşmasında isə "Azərsun" komandasını 4:3 hesabı ilə
məğlub edərək turnirin çempionluq kubokunu qazanıb.
Komanda uğuru ilə yanaşı, turnirin fərdi mükafatlarından biri də
Yelo Bank əməkdaşına təqdim olunub. Komandanın futbolçusu Şövqan
Cəfərli liqanın "Ən yaxşı oyunçusu" seçilib.
Turnirdə iştirak edən bütün rəqib komandalara maraqlı mübarizə üçün
təşəkkür edirik! Həm yaşıl meydanda, həm də peşəkar karyerada hər
zaman zirvəni hədəfləyən komandamızda yer almaq üçün aktiv iş
elanlarımızla tanış olun: https://ylb.az/yelovacancy.
Bank xidmətləri
haqqında əlavə suallar var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram , Whatsapp və yelo.az
hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!