ABŞ millisinin hücumçusu Avropa nəhənglərinin hədəfindədir

İdman Materials 29 İyun 2026 15:37 (UTC +04:00)
ABŞ millisinin hücumçusu Avropa nəhənglərinin hədəfindədir
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

"Monako"nun hücumçusu Folarin Baloqan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Bu barədə "CaughtOffside" məlumat yayıb.

"Çelsi" amerikalı futbolçunun transferində maraqlıdır.

Fransa klubu Baloqanı 50-55 milyon avroya satmağa hazırdır. 24 yaşlı forvard özü klubunu dəyişmək istəyir.

"Nyukasl", "Borussiya", "Yuventus" və "Barselona" da oyunçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, "Monako" Folarin Baloqanı 2023-cü ilin yayında "Arsenal"dan 30 milyon avroya transfer edib. ABŞ millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti