Azərbaycan gimnastları Dünya kubokunda qızıl medal qazanıblar (FOTO)

İdman Materials 29 İyun 2026 16:15 (UTC +04:00)
Azərbaycan gimnastları Dünya kubokunda qızıl medal qazanıblar (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

26–29 iyun tarixlərində Çinin Nankin şəhərində aerobika gimnastikası üzrə Dünya kuboku keçirilib.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Ximdəti məlumat yayıb.

Bildirilib ki, yarışda Azərbaycanı fərdi proqramda Sara Əlixanlı, qarışıq cütlük proqramında isə Mədinə Mustafayeva və Vladimir Dolmatov təmsil ediblər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, Sara Əlixanlı 17.900 xal, Mədinə Mustafayeva və Vladimir Dolmatov isə 18.600 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıblar.

Finalda qarışıq cütlüyümüz 19.100 xalla rəqiblərini geridə qoyaraq qızıl medalın sahibi olublar. Sara Əlixanlı isə 18.050 xalla 6-cı yerdə qərarlaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti