"Zenit" hücum xəttini yeni oyunçu ilə gücləndirib

İdman Materials 30 İyun 2026 01:19 (UTC +04:00)
"Zenit" hücum xəttini yeni oyunçu ilə gücləndirib

Bakı. Trend:

Rusiyanın "Zenit" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Premyer Liqa nəhəngi "Trabzonspor"dan Felipe Avqustonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə klubu braziliyalı forvardın satışından bonuslarla birlikdə 20 milyon avro gəlir əldə edəcək.

Qeyd edək ki, "Trabzonspor" Felipe Avqustonu 2025-ci ilin yayında "Serkl Brügge"dən transfer etmişdi. 22 yaşlı hücumçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 15 qol vurub.

Xəbər lenti

Xəbər lenti