Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Cəmiyyət Materials 30 İyun 2026 09:56 (UTC +04:00)
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti tədris ili üçün tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyin məlumatına görə, 2026/2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır. Sənəd qəbulu elektron formada həyata keçiriləcək.

Yerdəyişmə prosesində ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı yarısını toplamış tələbələr iştirak edə bilərlər.

Müraciətlərin qəbulu 13 iyul 2026-cı il saat 10:00-da başlayacaq və 19 iyul 2026-cı il saat 18:00-dək davam edəcək.

Yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az platformasında qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratmalı, istifadəçi adı və şifrə vasitəsilə müvafiq bölməyə daxil olmalı, elektron müraciət formasını dolduraraq təsdiq etməlidirlər.

Qeyd edilib ki, tələbələr müraciət zamanı daxil etdikləri məlumatların düzgünlüyünə diqqət etməli və proseslə bağlı elan edilən müddətlərə riayət etməlidirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti