Azərbaycan nefti bahalaşıb

Energetika Materials 30 İyun 2026 09:42 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan neftinin qiyməti bahalaşıb.

Trend-in neft bazarındakı mənbəyə istinadən verdiyi məlumata görə, İtaliyanın Auqusta limanında CIF bazasında Azərbaycanın "Azeri Light" markalı neftinin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,24 ABŞ dolları və ya 1,7% artaraq 75,60 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti isə 1,31 ABŞ dolları və ya 1,8% artaraq 73,21 ABŞ dollarına yüksəlib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,33 ABŞ dolları və ya 0,7% artaraq bir barel üçün 44,47 ABŞ dollarına çatıb.

Şimal dənizindən hasil olunan "Dated Brent" markalı neftin bir barelinin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,96 ABŞ dolları və ya 1,4% artaraq 71,52 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti