İran, ABŞ və Livan atəşkəsin icrasına nəzarət üçün birgə komitə yaradacaqlar - Qalibaf

Dünya xəbərləri Materials 1 İyul 2026 02:51 (UTC +04:00)
İran, ABŞ və Livan atəşkəsin icrasına nəzarət üçün birgə komitə yaradacaqlar - Qalibaf

Bakı. Trend:

Livanda atəşkəsin həyata keçirilməsinə nəzarət məqsədilə İran, ABŞ və Livan üçtərəfli işçi qrupu yaratmağı planlaşdırır.

Bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf dövlət televiziyasına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, Livanın dövlət suverenliyinin təmin olunması məqsədilə İran, ABŞ və Livan nümayəndələrinin təmsil olunacağı birgə komitə fəaliyyət göstərəcək. Qalibaf bildirib ki, İranın Livandakı səfiri də komitədə ölkəsini təmsil edəcək.

Parlament sədri qeyd edib ki, cari ayın əvvəlində Tehran və Vaşinqton Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti