Bakı. Trend:
Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) "SOCAR Trading"in ticarət əməliyyatlarının təmin edilməsində rolu son dərəcə vacibdir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu "SOCAR Trading"in Qlobal Biznesin İnkişafı şöbəsinin rəhbəri Toğrul Köçərli QDTİB-in Bakıda keçirilən biznes forumunda deyib.
"İlk növbədə, SOCAR artıq Azərbaycanın qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Biz gübrə, polimer və bir sıra digər məhsullar istehsal edir və ixrac edirik. Lakin açıq desək, neft və qaz hələ də əsas fəaliyyət istiqamətimiz olaraq qalır. Ticarətin maliyyələşdirilməsinə gəldikdə isə, məhz bu sahədə QDTİB-in Bakıda keçirilən biznes forumunda ilə əməkdaşlıq edirik. Ticarətin maliyyələşdirilməsi biznes üçün bir növ "qidalanma mənbəyi"dir - o, şirkətin fəaliyyətini davam etdirməsinə və inkişaf etməsinə imkan yaradır. Bu baxımdan Bankın ticarət əməliyyatlarımızın təmin edilməsində rolu son dərəcə vacibdir", - deyə o bildirib.
Toğrul Köçərlinin sözlərinə görə, QDTİB-in Bakıda keçirilən biznes forumunda Azərbaycanın Mərkəzi Asiyadan yüklərin həm Aralıq dənizi, həm də Qara dəniz vasitəsilə beynəlxalq bazarlara çıxışını təmin edən əsas nəqliyyat-logistika qovşağı kimi çıxış etdiyi regional inteqrasiyanın güclənməsinə töhfə verir.
"SOCAR-ın neft və neft məhsulları üzrə əsas ixrac marşrutu Qara dənizdən - ixrac infrastrukturumuzun yerləşdiyi Kulevi terminalı vasitəsilə keçir. Həmin terminallardan keçən yük axınları artıq Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən maliyyələşdirilir. Biz həmçinin Bankın təqdim etdiyi kredit xətlərindən SOCAR-a məxsus, İzmir yaxınlığındakı Aliağada yerləşən STAR neft emalı zavodu üçün xam neft alışlarının maliyyələşdirilməsində istifadə edirik. Bundan əlavə, SOCAR Gürcüstanda neft məhsullarının satışı sektorunda güclü mövqeyə malikdir. Bankın maliyyələşdirməsi bizə rəqabətqabiliyyətli qiymətləri, tədarükün vaxtında həyata keçirilməsini və fasiləsizliyini təmin etməyə imkan verir", - deyə Toğrul Köçərli vurğulayıb.
