Bakı. Trend:
Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu sözləri Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Azərbaycan bir çox siyasi, diplomatik səylər göstərmişdir və maliyyə yatırımları etmişdir ki, müvafiq infrastruktur yaradılsın və bizim neft-qaz resurslarımız Avropaya yönlənsin. Cənub Qaz Dəhlizi bizim birgə fəaliyyətimizin nəticəsidir”.
