UEFA turnirlərində mübahisə zamanı ağzını əli ilə örtən oyunçular meydandan qovulmayacaq

İdman Materials 3 İyul 2026 00:56 (UTC +04:00)
UEFA turnirlərində mübahisə zamanı ağzını əli ilə örtən oyunçular meydandan qovulmayacaq

Bakı. Trend:

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) mübahisəli epizodlar zamanı ağzını əli ilə örtən futbolçunun meydandan qovulmasını nəzərdə tutan qaydanı tətbiq etməyəcək.

Bu barədə "The Athletic" portalı məlumat yayıb.

Dünya çempionatı başlamazdan əvvəl Beynəlxalq Futbol Federasiyası (FİFA) oyun qaydalarına bir sıra dəyişikliklər edib. Yeni qaydalara əsasən, ağzını əli, çiyni və ya forması ilə örtən istənilən futbolçu birbaşa qırmızı vərəqə ala bilər. Bu cür hərəkətlər söhbətin məzmununu televiziya kameralarından gizlətmək cəhdi kimi qiymətləndirilir.

Daha əvvəl Paraqvay millisinin futbolçusu Miqel Almiron münaqişəli vəziyyət zamanı ağzını örtməsinə görə meydandan qovulan ilk oyunçu olub. O, dünya çempionatının qrup mərhələsinin ikinci turunda Türkiyə millisinə qarşı keçirilən oyunda (1:0) qırmızı vərəqə alıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti