“Wizz Air” Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır

Turizm Materials 3 İyul 2026 10:11 (UTC +04:00)
“Wizz Air” Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportu marşrut şəbəkəsini genişləndirməyə davam edir. 2026-cı il sentyabrın 29-dan etibarən Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti olan “Wizz Air” Bratislava – Bakı – Bratislava marşrutu üzrə birbaşa müntəzəm reyslərə başlayacaq.

Heydər Əliyev Beynəlxalq Aeroportunun məlumatna görə, uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Bildirilib ki, yeni istiqamətin açılması Azərbaycan ilə Slovakiya arasında hava əlaqələrinin daha da möhkəmlənməsinə, turizm və işgüzar səfərlər üçün əlavə imkanların yaradılmasına, həmçinin sərnişinlərə Mərkəzi Avropanın perspektivli istiqamətlərindən birinə daha sərfəli və rahat çıxışın təmin edilməsinə xidmət edəcək. Bu marşrut Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq marşrut şəbəkəsinin inkişafı istiqamətində atdığı növbəti mühüm addımdır.

Reyslər üzrə aviabiletlər artıq “Wizz Air” aviaşirkətinin rəsmi internet səhifəsində və digər satış kanalları vasitəsilə əldə edilə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti