Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə Türkiyəyə ixrac olunan qazın həcmi açıqlandı

Energetika Materials 3 İyul 2026 12:37 (UTC +04:00)
Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə Türkiyəyə ixrac olunan qazın həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

İstismara verildiyi vaxtdan indiyədək Bakı–Tbilisi–Ərzurum qaz kəməri ilə Türkiyəyə təxminən 86 milyard kubmetr təbii qaz ixrac olunub.

Bu barədə Azərbaycan Energetika Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

Nazirliyin məlumatına əsasən, qaz kəməri vasitəsilə "Şahdəniz" qaz-kondensat yatağında hasil olunan təbii qaz Türkiyə bazarına nəql edilir.

Həmçinin vurğulanır ki, Bakı- Tbilisi- Ərzurum (Cənubi Qafqaz Qaz Kəməri) qaz kəmərinin istismara verildiyi gündən 19 il ötür.

Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır. Kəmər 2006-cı ilin sonunda istismara verilib və “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasil olunan qazın nəqli başlanıb. 2018-ci ilin yayından etibarən isə “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş qaz kəməri – TANAP vasitəsilə Türkiyəyə tədarükünə start verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti