Mərkəzi Afrika Respublikasında terrorçuların hücumu nəticəsində 28 nəfər həlak olub

Dünya xəbərləri Materials 3 İyul 2026 08:19 (UTC +04:00)

Bakı. Trend:

Mərkəzi Afrika Respublikasının şimal-şərqində yerləşən Am Dafok şəhərinə üsyançıların hücumu nəticəsində təxminən 30 nəfər həlak olub.

Bu barədə "Ndeke Luka" radiostansiyası xəbər verib.

Bildirilib ki, bir neçə yerli mənbəyə görə, Sudanla sərhəd yaxınlığında yerləşən şəhər ölkənin paytaxtı Bangi ilə əlaqəsi kəsilib və hücumçuların nəzarəti altındadır. Am Dafok sakinləri evlərindən qaçaraq Mərkəzi Afrika Respublikasındakı BMT-nin Çoxölçülü İnteqrasiya olunmuş Sabitləşdirmə Missiyasının (MINUSCA) bazasında sığıncaq axtarırlar.

Qeyd edilib ki, 30 iyunda baş verən hücumda ən azı 28 nəfər ölüb. Daha 25 nəfər yaralanıb, ən ağır yaralılar isə Birao və Bria şəhərlərindəki xəstəxanalara təxliyə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti