Nyu-Yorkun ən böyük çimərliyi köpəkbalıqlarına görə bağlana bilər

Cəmiyyət Materials 3 İyul 2026 07:21 (UTC +04:00)
Nyu-Yorkun ən böyük çimərliyi köpəkbalıqlarına görə bağlana bilər

Bakı. Trend:

ABŞ-nin Nyu-York şəhərindəki Rokuey çimərliyi bağlana bilər.

Bu barədə "FOX News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, buna səbəb sahilə yaxın hissədə köpəkbalıqlarının müşahidə edilməsidir.

İyulun 2-də şəhərin ən böyük çimərliyinin yaxınlığında bir neçə köpəkbalığı peyda olub.

Qeyd edək ki, Nyu-Yorkda son günlər havanın temperaturu 38 dərəcəyə qədər yüksəlib. Yerli hakimiyyət orqanları şəhər daxilində soyutma mərkəzlərinin açılmasına dair göstəriş verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti