Azərbaycan və BMT arasında yol hərəkəti təhlükəsizliyi müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 3 İyul 2026 10:49 (UTC +04:00)
Azərbaycan və BMT arasında yol hərəkəti təhlükəsizliyi müzakirə olunub (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev BMT Baş katibinin yol hərəkəti təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Tod ilə görüş keçirib.

Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi, piyadaların və digər yol hərəkəti iştirakçılarının qorunması, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar və görülən işlər barədə ətraflı məlumat verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti