Bakı. Trend:
Ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmənin artırılması məqsədilə TuranBank ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə növbəti ekoloji aksiyasını həyata keçirib. “TuranBank ilə təmiz sahillər” adlı layihə çərçivəsində baş tutan aksiyada bank əməkdaşları və ekokönüllülər Bilgəh qəsəbəsinin sahilboyu ərazisində geniş təmizlik işləri aparıb, müxtəlif növ tullantıların toplanması işlərində iştirak edərək ərazinin daha təmiz və istirahət üçün əlverişli vəziyyətə gətirilməsinə töhfə veriblər.
Qeyd edək ki, layihənin əsas məqsədi dəniz sahillərinin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin ekoloji vəziyyətini yaxşılaşdırmaq və ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına yönəltməkdir.
Mütəmadi olaraq korporativ sosial məsuliyyət (KSM) layihələri həyata keçirən TuranBank bu təşəbbüslə ekoloji davamlılığa və ölkəmizin təbii sərvətlərinin qorunmasına töhfə verməyi hədəfləyir.
TuranBank bundan sonra da Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edərək, ekoloji ekosistemin bərpası, təbiətin mühafizəsi və yaşıl iqtisadiyyatın təşviqi istiqamətindəki fəaliyyətini genişləndirərək cəmiyyət üçün faydalı layihələrə imza atmaqda davam edəcək.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır...