Goranboy. Trend:
Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış şəhid Rauf Əjdər oğlu Əhmədov Goranboy rayonunun Sarov kəndində torpağa tapşırılıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, Sarov kənd qəbiristanlığında keçirilən dəfn mərasimində şəhidin ailə üzvləri, dövlət rəsmiləri, hərbçilər, şəhidin döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə cənazə namazı qılınıb.
xxx
12:57
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Rauf Əhmədovla Sarov kəndində vida mərasimi keçirilir.
Trend-in Qarabağ bürosu xəbər verir ki, şəhid Rauf Əhmədovun nəşi 33 ildən sonra doğulduğu Goranboy rayonunun Sarov kəndinə gətirilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Mərasimdə Rauf Əhmədovun ailə üzvləri, yaxınları, Goranboy Rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər, döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Xatırladaq ki, Rauf Əhmədov 1969-cu ildə anadan olub. Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq Azərbaycan Ordusunun sıralarına qoşulub. O, Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərində erməni silahlı birləşmələrinə qarşı gedən döyüşlərdə iştirak edib. Şəhidin sonuncu döyüşü 1993-cü ildə Ağdərə istiqamətində olub. Həmin döyüş zamanı itkin düşən Rauf Əhmədovdan uzun illər heç bir xəbər almaq mümkün olmayıb. Aparılan eyniləşdirmə işləri nəticəsində onun şəxsiyyəti müəyyən edilib və nəşi ailəsinə təhvil verilib.
Rauf Əhmədov doğulduğu Goranboy rayonunun Sarov kənd qəbiristanlığında torpağa tapşırılacaq.
