Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb (FOTO)

Siyasət Materials 3 İyul 2026 12:55 (UTC +04:00)
Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi "X" sosial şəbəkəsindəki rəsmi hesabında yazıb.

"Bakıya səfəri çərçivəsində dünya şöhrətli iqtisadiyyat professoru Ceffri Saksla məhsuldar görüş keçirdim. Biz dayanıqlı inkişaf, geosiyasət və geoiqtisadiyyat məsələləri üzrə fikir mübadiləsi apardıq, həmçinin Böyük Xəzər regionu konsepsiyasını, Azərbaycanın orta güc kimi artan rolunu, sülh gündəliyimizi və regional məsuliyyətin əhəmiyyətini müzakirə etdik.

Onun Şərq-Qərb marşrutu üzrə elektromobillərlə səyahəti nəzərdə tutan "Marco Polo – Drive of Peace" adlı təşəbbüsü dialoqun və qarşılıqlı əlaqələrin təşviqi baxımından ilhamverici nümunədir", – deyə paylaşımda bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti