Albaniya iğtişaşlarında 15 nəfər yaralanıb

Dünya xəbərləri Materials 3 İyul 2026 13:04 (UTC +04:00)
Albaniya iğtişaşlarında 15 nəfər yaralanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Tiranada parlament binası qarşısında baş verən toqquşmalar zamanı 15 polis əməkdaşı və hökumət əleyhinə keçirilən etiraz aksiyasının dörd iştirakçısı xəsarət alıb.

Məlumata görə, cümə axşamı keçirilən etiraz aksiyası nümayişçilərlə polis arasında qarşıdurmaya çevrilib. Etirazçılar parlament binasının çıxışlarını bağlayaraq plenar iclas başa çatdıqdan sonra deputatların və nazirlərin binanı tərk etməsinə mane olublar.

Etirazçılar metal maneələri aşmağa cəhd ediblər. Buna cavab olaraq polis bibər qazı spreyindən istifadə edib.

Aksiya iştirakçılarından 18 nəfər saxlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti