Bakı.Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan gələn həftə Rusiyaya səfər etməyi planlaşdırır.
Rusiya KİV-in məlumatına görə, ermənistanlı hökumət başçısının adı və soyadı Yekaterinburqda keçiriləcək “İnnoprom” adlı beynəlxalq sənaye sərgisinə dəvət almış spikerlərin siyahısında yer alır.
Paşinyanın iyulun 7-də Rusiyanın Baş naziri Mixail Mişustinlə birlikdə Yekaterinburqa səfər edəcəyi və forumun əsas plenar iclasında iştirak edəcəyi gözlənilir.
