Bakı. Trend:
İyulun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən,
cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-34° isti olacaq.
Nisbi rütubət gecə 75-80 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə
arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı,
dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə
duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda
gecə 10-15°, gündüz 20-25°, bəzi yerlərdə 27-32° isti olacaq.
