ABŞ qoşunlarını Nigeriyadan çıxarıb

Dünya xəbərləri Materials 3 İyul 2026 14:26 (UTC +04:00)
ABŞ qoşunlarını Nigeriyadan çıxarıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ bu yaxınlarda Nigeriyada İŞİD yaraqlılarına qarşı həyata keçirilən əməliyyat üçün yerləşdirdiyi qüvvələrin böyük hissəsini geri çəkib və hazırda Abucanın müraciəti əsasında Afrika dövlətinə kəşfiyyat dəstəyi göstərir.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika komandanlığından (AFRICOM) bildirilib.

Qeyd edək ki, may ayında ABŞ və Nigeriya qüvvələri Nigeriyanın şimal-şərqində birgə hərbi əməliyyat keçirərək İŞİD terror təşkilatının rəhbərlərindən olan Əbu Bilal əl-Minukini məhv ediblər. Bundan əvvəl isə ABŞ Prezidenti Donald Trampın əmri ilə Milad günü İŞİD döyüşçülərinə qarşı zərbə endirilmişdi. Tramp bildirmişdi ki, həmin yaraqlılar Afrika ölkəsində xristianları hədəfə alırdılar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti