Misir millisi 1/8 finala vəsiqə qazanıb - DÇ-2026

İdman Materials 4 İyul 2026 01:11 (UTC +04:00)
Misir millisi 1/8 finala vəsiqə qazanıb - DÇ-2026

Bakı. Trend:

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.

Avstraliya millisi Misir yığması ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da tarazlıq pozulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq (4:2) oynayan Misir komandası 1/8 finala yüksəlib.

Afrika təmsilçisi növbəti raundda Argentina - Kabo-Verde cütünün qalibi ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.

1/16 finalın son matçı isə Kolumbiya və Qana yığmaları arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 05:30-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika, ABŞ, İspaniya, Portuqaliya və İsveçrə milliləri 1/8 finala vəsiqə qazanıblar.

Xəbər lenti

Xəbər lenti