Ağdamda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb

Hadisə Materials 3 İyul 2026 16:21 (UTC +04:00)
Ağdamda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, qəza rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Renault Laguna” markalı, 99-UA-251 dövlət qeydiyyat nişanlı minik avtomobili “GAZ” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan iki təcili tibbi yardım briqadası yaralıları Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırıb.

İlkin məlumata görə, yaralılardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti