Bakı. Trend:
ABŞ-nin Miçiqan ştatında yerləşən "Fairlane Mall" ticarət mərkəzində atışma baş verib.
Atışma anının qeydə alındığı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Hadisə şahidlərinin sözlərinə görə, bir neçə nəfər güllə yarası alıb.
Hadisə yerinə çox sayda polis və təcili yardım əməkdaşları cəlb olunub.