Polşa MiQ-29 qırıcılarının utilizasiyasına başlayır

Dünya xəbərləri Materials 3 İyul 2026 19:46 (UTC +04:00)
Polşa MiQ-29 qırıcılarının utilizasiyasına başlayır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Polşa Ukraynaya verilməsi planlaşdırılan MiQ-29 qırıcılarını tədricən istismardan çıxaracaq.

Bu barədə “Wirtualna Polska” portalı öz mənbələrinə istinadən yazıb.

Məlumata görə, Varşava ilə Kiyev arasında razılaşma Ukraynanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən baş tutmayıb.

"Biz Ukraynaya pilotsuz uçuş aparatları texnologiyalarının ötürülməsi ilə bağlı konkret təklif təqdim etmişdik. İlkin mərhələdə bu sahədə razılıq əldə olunmuşdu. Lakin hazırda Ukrayna həmin razılaşmanı yerinə yetirmir", – deyə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

Portal qırıcıların istismardan çıxarılacağı tarixi açıqlamayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti