Bakı. Trend:
Monakoda ukraynalı biznesmen Vadim Yermolayevə qarşı törədilən partlayışın və sui-qəsdin təşkilində şübhəli bilinən qadın Almaniyada aşkarlanıb.
Bu barədə BFMTV telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
"Onun axtarışı üçün bütün Avropa üzrə genişmiqyaslı əməliyyat başladılıb. Monakoda üç nəfərin, o cümlədən ukraynalı oliqarx Vadim Yermolayevin ağır yaralanması ilə nəticələnən partlayışda şübhəli bilinən qadın Almaniyada aşkarlanıb", - deyə məlumatda bildirilib.
Monako polisinin daxili sənədinə əsasən, şübhəli qadın böyük ehtimalla kişi kimi görünmək üçün, xarici görünüşünü dəyişdirərək maskalanıb.
