“Tarqovı”da küçə zəbt edilib? - Açıqlama

Hadisə Materials 3 İyul 2026 17:50 (UTC +04:00)
“Tarqovı”da küçə zəbt edilib? - Açıqlama
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Səbail Rayon İcra Hakimiyyəti paytaxtın mərkəzində piyada yolunun gül dibçəkləri ilə məhdudlaşdırılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Qurumun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsi aidiyyəti qurumun müvafiq icazə sənədi əsasında mövsümi ticarət fəaliyyəti göstərir.

İcra Hakimiyyətindən qeyd edilib ki, görülmüş müvafiq tədbirlər nəticəsində gül dibçəkləri ilə zəbt edilmiş ərazi əvvəlki vəziyyətinə qaytarılıb.

Qeyd edək ki, jurnalist Vyaçeslav Sapunov sosial şəbəkə hesabında Bakıda Əbdülkərim Əlizadə küçəsində (“Tarqovı” kimi tanınan ərazi) yerləşən piyada yolunun gül dibçəkləri vasitəsilə daraldıldığı, bunun da piyadaların hərəkətində çətinlik yaratdığı barədə fotolar paylaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti