Bakı.Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycandan Portuqaliyaya 222 milyon ABŞ dolları dəyərində 395 min ton bitumlu süxurlardan əldə olunmuş neft və neft məhsulları ixrac olunub.
Bu barədə Dövlət Gömrük Komitəsinin dərc etdiyi "Azərbaycanın xarici ticarətinin gömrük statistikası"nda qeyd olunub.
Məlumata əsasən, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 88,4 milyon ABŞ dolları və ya 28,5 faiz, həcm baxımından isə 181 min ton və ya 31,4 faiz azdır.
Ötən ilin yanvar-may aylarında Azərbaycandan Portuqaliyaya 576 min ton bitumlu süxurlardan alınmış neft və neft məhsulları ixrac edilmişdi və ixracın dəyəri 310,4 milyon ABŞ dolları təşkil etmişdi.
Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycandan dünyanın digər ölkələrinə ümumilikdə 5,121 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış 8,828 milyon ton xam neft və neft məhsulları ixrac olunub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2 faiz, fiziki həcm baxımından isə 1,535 milyon ton və ya 14,8 faiz azalıb.
Cari ilin yanvar-may aylarında Azərbaycan neftinin əsas idxalçıları sırasında ilk üçlükdə İtaliya (5,339 milyon ton, 3,021 milyard ABŞ dolları) qərarlaşıb. Sonrakı yerlərdə Rumıniya (461,3 min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7 milyon ABŞ dollarından çox) yer alıb.
