Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

İqtisadiyyat Materials 3 İyul 2026 21:21 (UTC +04:00)
Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin iyun ayında "Google Chrome" Azərbaycanda 80,28 faiz bazar payı ilə istifadəçilər arasında ən populyar internet brauzeri olaraq liderliyini qoruyub saxlayıb.

"Global Stats" Statistika Mərkəzinin məlumatına görə, "Google Chrome"un bazar payı əvvəlki ayla müqayisədə 0,76 faiz bəndi azalıb.

Bu dövrdə "Safari" internet brauzerinin Azərbaycan bazarındakı payı 7,07 faiz təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1,18 faiz bəndi azdır.

Siyahıda növbəti yeri "Firefox" internet brauzeri tutub. Belə ki, onun Azərbaycan bazarındakı payı 2,45 faiz bəndi artaraq 5,04 faizə yüksəlib.

Hesabat dövründə "Samsung" Internet brauzerinin bazar payı 1,16 faiz bəndi artaraq 4,56 faizə çatıb, "Opera" brauzerinin payı isə 0,79 faiz bəndi azalaraq 1,04 faiz təşkil edib.

"Edge" internet brauzerinin bazar payı da hesabat dövründə 0,07 faiz bəndi artaraq 1,51 faizə yüksəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti