Suriyada hərbi aerodromun yaxınlığında mina partlayışı baş verib, ölənlər var

Dünya xəbərləri Materials 4 İyul 2026 00:15 (UTC +04:00)

Bakı. Trend:

Suriyanın Homs əyalətində yerləşən T-4 hərbi aerodromunun yaxınlığında baş verən mina partlayışı beş nəfərin həyatına son qoyub.

Bu barədə əyalətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Suriya ordusunun mühəndis bölmələri Homs-Palmira magistralında planlı yoxlama apararkən həlak olan şəxslərin meyitlərini aşkar ediblər.

İlkin məlumata görə, həmin şəxslər bir neçə gün əvvəl aerodromun ətrafındakı qadağan olunmuş əraziyə daxil olublar və minanın partlaması nəticəsində həlak olublar.

Qeyd edək ki, iyunun 27-də də eyni ərazidə mina partlayışı baş verib, nəticədə bir uşaq həlak olub, daha iki nəfər isə yaralanıb.

Xəbər lenti

Xəbər lenti