Polşanın ali rəsmisi Ukrayna vilayətlərini "Kiçik Polşa" adlandırıb

Dünya xəbərləri Materials 3 İyul 2026 20:24 (UTC +04:00)
Polşanın ali rəsmisi Ukrayna vilayətlərini "Kiçik Polşa" adlandırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Polşa Prezidenti Karol Navrotskinin Administrasiyasının rəhbəri Zbiqnev Boquçki Volın qətliamından danışan zaman Qərbi Ukrayna vilayətlərini "Kiçik Polşa" kimi qeyd edib.

Bu barədə o, Ukrayna parlamentinin Milli Panteonun yaradılması ilə bağlı qərarını şərh edərkən deyib.

Azad Ukrayna uğrunda mübarizə aparmış şəxslərin adlarını əbədiləşdirəcək Milli Panteonun yaradılması haqqında qanun layihəsi Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən Ali Radaya təqdim olunub.

"Bu, Ukrayna dövlətinin qanunvericiliyidir, onlar suverenliyə və sərbəst qərar vermək hüququna malikdirlər. Sual budur ki, bu qərarlar doğrudurmu? Mənim fikrimcə, ilk növbədə, cənab Prezidentin (Karol Navrotskinin) mövqeyinə görə, həm də hesab edirəm ki, polyakların böyük əksəriyyətinin fikrincə, Banderanın və Volında, eləcə də Şərqi Kiçik Polşada insanlıqdan kənar soyqırımı cinayətləri törətmiş şəxslərin tərənnüm edilməsi Qərb dünyasına, sivilizasiyaya, ümumi Avropa və transatlantik dəyərlər sisteminə aparan yol deyil", – deyə Boquçki bildirib.

"Şərqi Kiçik Polşa" (pol. Małopolska Wschodnia) termini 1918–1939-cu illərdə tarixi Qalisiya bölgəsinin şərq hissəsini ifadə etmək üçün Polşada istifadə olunan rəsmi inzibati ad idi. Həmin dövrdə bu ərazi Polşa Respublikasının tərkibində idi və Lvov, Tarnopol və Stanislav voyevodalıqlarını əhatə edirdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti