Almaniya təhlükəsizlik sahəsində daha böyük öhdəlik götürməyə hazırdır - Merts

Dünya xəbərləri Materials 4 İyul 2026 02:36 (UTC +04:00)
Almaniya təhlükəsizlik sahəsində daha böyük öhdəlik götürməyə hazırdır - Merts

Bakı. Trend:

Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla keçirdiyi telefon danışığında ölkəsinin təhlükəsizlik sahəsində üzərinə daha böyük öhdəlik götürməyə hazır olduğunu bildirib.

Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Merts söhbət zamanı Trampı ABŞ-nin müstəqilliyinin 250 illik yubileyi münasibətilə təbrik edib, həmçinin Almaniya ilə ABŞ arasında mövcud olan xüsusi tərəfdaşlıq münasibətlərini vurğulayıb.

Ştefan Kornelius bildirib ki, tərəflər Ankara şəhərində keçiriləcək NATO sammiti öncəsi gündəmdə duran məsələlər və mövqelər ətrafında da fikir mübadiləsi aparıblar.

"Kansler qeyd edib ki, Almaniya Avroatlantik məkanın təhlükəsizliyinin təmin edilməsində daha fəal rol oynayacaq. O hesab edir ki, NATO transatlantik alyans statusunu qorumaq üçün Avropa komponentini daha da gücləndirməlidir", – deyə hökumət rəsmisi bildirib.

Kornelius əlavə edib ki, Fridrix Merts və Donald Tramp NATO-nun Ankara sammiti çərçivəsində dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti