Bakı. Trend:
"Meta" şirkətinin rəhbəri Mark Zukerberq süni intellekt sahəsinə yatırımların artırıldığını bildirərək, bu texnologiyanın inkişafından böyük gözləntilərinin olduğunu açıqlayıb.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Zukerberq şirkətdə həyata keçirilən restrukturizasiya prosesinin tam problemsiz keçmədiyini etiraf edib. Onun sözlərinə görə, rəhbərlik dəyişikliklərin həyata keçirilməsi müddətini düzgün qiymətləndirməyib. Baş direktor qeyd edib ki, "Meta" əsas fəaliyyət istiqamətini köklü şəkildə dəyişmədən, təşkilati yenilikləri mərhələli və daha ehtiyatlı formada tətbiq etməyə üstünlük verib.
Xatırladaq ki, may ayında şirkət əməkdaşlarının təxminən 10 faizini ixtisar edib, 7 min işçini isə süni intellekt layihələri üzərində çalışan komandalara cəlb edib.
Bildirilir ki, bu addımlar süni intellekt texnologiyalarının maliyyələşdirilməsinin genişləndirilməsi və onların hesabına iş prosesinin daha səmərəli təşkili məqsədi daşıyan ümumi restrukturizasiya proqramının tərkib hissəsidir.
Zukerberq əlavə edib ki, yanvar və fevral aylarında yenidənqurma
planı hazırlanarkən rəhbərlik dəyişikliklərə kifayət qədər sürətlə
uyğunlaşa bilməyəcəklərindən narahat idi. Bununla yanaşı, həmin
dövrdə "Anthropic" şirkətinin "Claude Code" məhsulunun
perspektivləri ilə bağlı yüksək gözləntilər mövcud idi.