Müharibəni başa çatdırmaq üçün real perspektiv var - Ukrayna Prezidenti

Dünya xəbərləri Materials 5 İyul 2026 04:18 (UTC +04:00)
Müharibəni başa çatdırmaq üçün real perspektiv var - Ukrayna Prezidenti

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski və Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı zamanı cəbhədəki mövcud vəziyyət və Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə diplomatik proses müzakirə olunub.

Bu barədə Volodimir Zelenski məlumat verib.

Onun sözlərinə görə, müharibəni başa çatdırmaq üçün real perspektiv var və bu məsələdə ABŞ-nin qətiyyəti həlledici əhəmiyyətə malik olacaq.

Volodimir Zelenski, həmçinin vurğulayıb ki, ABŞ Prezidenti ilə NATO-nun Ankarada keçiriləcək sammiti çərçivəsində danışığı davam etdirmək barədə razılığa gəlib.

Xəbər lenti

Xəbər lenti