Makron “Şarl de Qoll” aviadaşıyıcısını geri qaytarır

Dünya xəbərləri Materials 4 İyul 2026 17:53 (UTC +04:00)
Makron “Şarl de Qoll” aviadaşıyıcısını geri qaytarır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı daimi bazası olan Tulona qaytarılsa da, Fransa Hərbi Dəniz Qüvvələrinin bir hissəsi Yaxın Şərq regionunda fəaliyyətini davam etdirəcək.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron ölkəsinin regiondakı hərbi mövcudluğunun operativ konfiqurasiyasında edilən dəyişiklikləri şərh edərkən "X" sosial şəbəkəsində bildirib.

Makronun sözlərinə görə, Fransa daha əvvəl regiona iki minaaxtaran gəmi də daxil olmaqla minatəmizləmə qüvvələri, həmçinin iki freqat və bir dəniz patrul təyyarəsi göndərib. Fransa Prezidenti qeyd edib ki, bu qüvvələr gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və Hörmüz boğazı rayonunda tamhəcmli naviqasiyanın bərpası məqsədilə tərəfdaşlarla birgə fəaliyyət göstərməyə hazır idi.

Makron qüvvələrin yerləşdirilməsindəki düzəlişləri vəziyyətin dəyişməsi və diplomatik proseslərin inkişafı ilə əlaqələndirib. O, xüsusilə iyunun 17-də ABŞ və İran arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunun regional sabitlik istiqamətində mühüm addım olduğunu və Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsinin vacibliyini bir daha təsdiqlədiyini bildirib.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.

21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti