Yəmən İranı ölkənin suverenliyini pozmaqda ittiham edib

Dünya xəbərləri Materials 4 İyul 2026 15:07 (UTC +04:00)
Yəmən İranı ölkənin suverenliyini pozmaqda ittiham edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yənin beynəlxalq səviyyədə qəbul olunan və Səudiyyə Ərəbistanının dəstəklədiyi prezident şurası İranı ölkənin suverenliyini pozmaqda və yaxın Şərqdə təhlükəsizliyə təhdidlar yağdırmaqda ittiham edib.

Bu barədə Yəmənin “Səba” dövlət informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb İranın hava məkanına tətbiq olunan məhdudiyyətləri pozaraq husi qüvvələrin nəzarətində olan Sənaya mülki təyyarə göndərməsi olub.

Həmin təyyarə ilə husi nümayəndə heyəti İranın ali rəhbəri Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün Tehrana yollanıb.

“Bu, Yəmən Respublikasının suverenliyinin, beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulmasıdır”, – deyə Yəmən hökumətinin bəyanatında deyilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti