Azərbaycanda neft qiymətlərinin həftəlik icmalı

Energetika Materials 4 İyul 2026 17:08 (UTC +04:00)
Azərbaycanda neft qiymətlərinin həftəlik icmalı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Ötən həftə ərzində Azeri Light CIF, Azeri Light FOB Ceyhan, Dated Brent və Urals markalı neftin orta qiymətləri azalıb.

Trend-in neft bazarı iştirakçılarının məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light CIF markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 4,03 ABŞ dolları və ya 5,2 faiz azalaraq 73,63 ABŞ dolları təşkil edib.

Məlumata əsasən, həftə ərzində bu markalı xam neftin ən yüksək qiyməti bir barel üçün 75,60 ABŞ dolları, ən aşağı qiyməti isə 71,81 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə Azeri Light markalı neftin orta qiyməti bir barel üçün 71,16 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisi ilə müqayisədə 4,12 ABŞ dolları və ya 5,5 faiz azdır. Həftə ərzində ən yüksək qiymət bir barel üçün 73,21 ABŞ dolları, ən aşağı qiymət isə 69,32 ABŞ dolları olub.

Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 6,73 ABŞ dolları və ya 13,9 faiz azalaraq bir barel üçün 41,79 ABŞ dolları təşkil edib. Həftə ərzində maksimum qiymət 44,47 ABŞ dolları, minimum qiymət isə 39,57 ABŞ dolları olub.

Dated Brent markalı neftin orta qiyməti bir barel üçün 69,87 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 3,64 ABŞ dolları və ya 4,9 faiz azdır. Həftə ərzində bir barelin maksimum qiyməti 71,52 ABŞ dolları, minimum qiyməti isə 68,17 ABŞ dolları olub.

Neft/tarix

29.06.2026

30.06.2026

01.07.2026

02.07.2026

03.07.2026

Orta qiymət

Azeri LT CIF

$75.60

$75.34

$72.46

$71.81

$72.93

$73.63

Azeri Light FOB Ceyhan

$73.21

$72.83

$69.98

$69.32

$70.48

$71.16

Urals (EX NOVO)

$44.47

$44.02

$40.72

$39.57

$40.16

$41.79

Dated Brent

$71.52

$71.52

$68.79

$68.17

$69.35

$69.87

Məqalədə:

Xəbər lenti

Xəbər lenti