"Azərişıq" elektrik şəbəkəsi infrastrukturunun yenidən qurulması üzrə tender elan edib

Tender müsabiqələri Materials 4 İyul 2026 17:16 (UTC +04:00)
"Azərişıq" elektrik şəbəkəsi infrastrukturunun yenidən qurulması üzrə tender elan edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

"Azərişıq" ASC Salyan rayonunun Qarabağlı kəndində elektrik şəbəkəsi infrastrukturunun yenidən qurulması üzrə tender elan edib.

Tenderin predmeti SIP-3 tipli 6 kV-luq hava elektrik verilişi xəttinin, komplekt transformator məntəqələrinin (KTM) və özüdaşıyan izolyasiyalı naqillərdən istifadə edilməklə 0,4 kV-luq elektrik şəbəkəsinin yenidən qurulması işləridir.

Tenderdə iştirak haqqı 1 000 manat təşkil edir.

Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 31 iyul 2026-cı il saat 10:00-dək (GMT+4) təqdim etməlidirlər. Tender zərflərinin açılışı da həmin gün saat 10:00-da (GMT+4) keçiriləcək.

Əlavə məlumat üçün: (+994 12) 440 39 93 (9219).

Əlaqələndirici şəxs: Namiq Heybətov.

E-poçt: [email protected]

Ünvan: AZ1065, Bakı şəhəri, Bəxixanov küçəsi, 13.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti