Həkəri çayında batdığı ehtimal edilən şəxsin axtarışlarına dalğıc-xilasediciləri cəlb olunub - FHN (VİDEO)

Hadisə Materials 5 İyul 2026 11:57 (UTC +04:00)
Həkəri çayında batdığı ehtimal edilən şəxsin axtarışlarına dalğıc-xilasediciləri cəlb olunub - FHN (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti