ABŞ tezliklə Marsa pilotlu uçuş təşkil edə biləcək - Tramp

Dünya xəbərləri Materials 5 İyul 2026 08:47 (UTC +04:00)
ABŞ tezliklə Marsa pilotlu uçuş təşkil edə biləcək - Tramp

Bakı. Trend:

ABŞ yaxın vaxtlarda Marsa pilotlu uçuş həyata keçirə biləcək.

Bu barədə ABŞ prezidenti Donald Tramp ABŞ-nin Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibətilə Vaşinqtonda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

"Biz çox yaxın zamanda Marsa gedəcəyik", - deyə Tramp vurğulayıb.

O əlavə edib ki, əvvəlcə Ay missiyası həyata keçiriləcək, daha sonra isə Marsa uçuş reallaşdırılacaq.

"Fikrimcə, biz Aya çatacağıq və bundan sonra irəliləyəcəyik. Sonra isə Marsa yollanacağıq", - deyə ABŞ Prezidenti bildirib.

Tramp həmçinin xatırladıb ki, onun prezidentliyinin ilk dövründə administrasiyasının təşəbbüsü ilə ABŞ Kosmik Qüvvələri yaradılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti