Rusiya və Çin birgə dəniz təlimlərinə başlayır

Dünya xəbərləri Materials 5 İyul 2026 07:36 (UTC +04:00)

Bakı. Trend:

“Rusiya-Çin Dəniz Qarşılıqlı Əlaqəsi 2026" təlimləri cari il iyulun 6-13-də Sarı dənizdə keçiriləcək.

Bu barədə xarici mediada məlumat yayılıb.

Rusiyanın və Çinin Hərbi Dəniz Qüvvələri dəniz aviasiyasının dəstəyi ilə birgə xilasetmə əməliyyatlarını təkmilləşdirəcək, sualtı qayıqlara qarşı döyüş və hava hücumundan müdafiə təcrübələrini nümayiş etdirəcək və birgə artilleriya atəşi həyata keçirəcək.

Rusiya və Çin donanmalarının iştirakı ilə ilk dəniz təlimləri 2005-ci ilin avqust ayında Sarı dənizdə təşkil olunub. 2012-ci ildən bəri Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindən kənarda Rusiya və Çinin dənizdəki təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün döyüş hazırlığını daha da gücləndirmək məqsədi daşıyan "Dəniz Qarşılıqlı Əlaqəsi" adlı ixtisaslaşmış illik dəniz təlimləri keçirilir.

Xəbər lenti

Xəbər lenti