Bakı. Trend:
"Real"ın yarımmüdafiəçisi Orelyen Çuameni “Mançester Yunayted” və “Liverpul”un xüsusi marağına baxmayaraq, "Los Blancos"da qalacaq.
Komandanın baş məşqçisi Joze Mourinyo gələn mövsüm Çuameniyə əsas heyətdə müntəzəm yer vermək niyyətindədir.
"Real" əvvəllər Enzo Fernandes və Rodri kimi oyunçuları nəzərdən keçirərək yarımmüdafiəni gücləndirmək üçün variantları araşdırmışdı, lakin bu addımlar uğursuz olduğu üçün Orelyen üzərində qalıblar. 26 yaşlı futbolçunun “Real”la müqavilə müddəti 2028-ci il iyunun 30-a qədərdir.
O, “Bordo” və “Monako” klublarının da formasını geyinib.