Bakı. Trend:
Almaniya NATO üzvləri arasında Ukraynaya təqdim olunacaq növbəti hərbi yardım paketinə ən böyük maliyyə töhfəsini verəcək.
Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlama verib.
Nazirin sözlərinə görə, Ukrayna üçün həm Avropa İttifaqının kredit mexanizmi, həm də yeni yaradılmış dəstək fondu vasitəsilə maliyyə vəsaitlərinin cəlb edilməsi böyük əhəmiyyət daşıyır.
"Burada söhbət ümumilikdə 70 milyard avroluq vəsaitdən gedir", – deyə Pistorius bildirib.
Almaniyanın bu paket çərçivəsində ayıracağı vəsaitin həcmi ilə bağlı suala cavabında nazir qeyd edib ki, ölkəsi NATO üzvləri arasında ən böyük fərdi töhfəni təmin edəcək.
Xatırladaq ki, daha əvvəl NATO-nun Avropa ölkələri və Kanadanın
alyansın Ankarada keçirilən sammitində 2026-2027-ci illərdə
Ukraynaya 70 milyard avro həcmində hərbi yardım göstərilməsi barədə
razılıq əldə etdiyi bildirilmişdi.