Norveç Braziliyanı məğlub edərək 1/4 finala vəsiqə qazanıb

İdman Materials 6 İyul 2026 02:10 (UTC +04:00)
Norveç Braziliyanı məğlub edərək 1/4 finala vəsiqə qazanıb

Bakı. Trend:

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.

Braziliya millisi Norveçlə qarşılaşıb. Nyu-Yorkdakı "MetLayf" stadionunda oynanılan görüş Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Norveçin heyətində hər iki qolu Erlinq Holann vurub. "Sambaçılar"ın qoluna isə penaltidən Neymar fərqlənib.

Bununla da Braziliya millisi mundialda mübarizəni dayandırıb. Norveç isə 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Norveç növbəti raundda İngiltərə - Meksika cütünün qalibi ilə qarşılaşacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti